Azərbaycan millisi reytinq cədvəlindən kənarlaşdırıldı – SƏBƏB
12.10.2022 - 14:01
Azərbaycan millisi reytinq cədvəlindən kənarlaşdırıldı – SƏBƏB

Qadınlardan ibarət milli komandaların FİBA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda dünyanın 118 yığması yer alıb.

Azərbaycan millisi siyahıdan kənar qalıb. Buna komandamızın fəaliyyətsizliyi səbəb olub. Təmsilçimiz uzun müddətdir rəsmi matçlarda iştirak etmir. Yığmamız sonuncu dəfə bu il fevralında açıqlanan cədvəldə 104-cü pillədə qərarlaşmışdı.

Cədvələ 848,8 xalla ABŞ başçılıq edir. Çin 676,5 xalla ikincidir. Avstraliya üçüncü sırada qərarlaşıb - 668,3. Qardaş Türkiyə yığması 445,4 xalla 11-cidir.

Qeyd edək ki, qadın millimizin aqibətini daha öncə yaşayan kişi yığmamız son siyahıda cədvələ qaytarılıb.
 

0
DİGƏR XƏBƏRLƏR
Loading...