Azərbaycan millisi sonuncu qrup oyununda məğlub oldu
13.04.2024 - 15:23
Azərbaycan millisi sonuncu qrup oyununda məğlub oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığma B qrupunun üçüncü matçında Niderland kollektivi ilə üz-üzə gəlib.

Daha əvvəl yarımfinal mərhələsinə vəsiqəni təmin edən yığmamız rəqibinə 11:15 hesabı ilə uduzub.

Qeyd edək ki, yarımfinal və həlledici oyunlar aprelin 14-də baş tutacaq. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

0