Azərbaycan millisinə yeni baş məşqçi təyin edildi
10.06.2024 - 12:36
Azərbaycan millisinə yeni baş məşqçi təyin edildi

Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət millisində yeni məşqçi təyinatları reallaşıb.

Azərbaycan Basketbol Federasiyasından apasport.az-a verilən məlumata görə, U-20 yığmasının baş məşqçi postuna əsas millidə Tahir Baxşıyevin köməkçisi olan ispaniyalı mütəxəssis Alberto Blanko gətirilib. Onun birinci köməkçisi Zaur Paşayev, ikinci köməkçisi isə Anar Hacıyev olub.

Qeyd edək ki, milli komanda iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının "B" divizionunda mübarizə aparacaq. İspaniyalı mütəxəssisin planlarında turnirə hazırlıq məqsədi daşıyan bir neçə təlim-məşq toplanışının keçirilməsi də yer alıb.

0