Azərbaycan yenə Ermənistanla bir qrupda mübarizə aparacaq
15.02.2023 - 00:14
Azərbaycan yenə Ermənistanla bir qrupda mübarizə aparacaq

Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət yığması (U-16) bu il keçiriləcək Avropa çempionatının C divizionunda Ermənistanla eyni qrupa düşüb.

Apasport.az xəbər verir ki, U-16 millimizin çıxış edəcəyi B qrupundakı rəqibləri bu komandalar olub: Kipr, Albaniya, San Marino və Ermənistan.

A qrupunda isə Kosovo, Andorra, Moldova, Malta və Cəbəlüttariq yer alıb.

Qeyd edək ki, C divizionunun oyunları 19-27 iyul tarixlərində Kosovonun paytaxtı Priştinada keçiriləcək. Maraq üçün bildirək ki, U-16-ların Avropa çempionatı Şimali Makedoniyanın paytaxtı Skopyedə (5-13 avqust) və U-16 B divizionunun matçları Rumıniyanın Piteşt şəhərində (4-13 avqust) baş tutacaq.

0