Azərbaycanlı NBA məktəbinə qəbul oldu - FOTO
06.12.2022 - 21:33
Azərbaycanlı NBA məktəbinə qəbul oldu - FOTO

Yeniyetmələrdən ibarət millimizin üzvü Hüseyn Qaflanov Litvada yerləşən NBA basketbol məktəbinə qəbul olub. 

Apasport.az xəbər verir ki, 14 yaşlı, 2.06 metr boya malik istedad Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə Litvanın paytaxtı Vilnüsə yola düşüb. 

Hüseyn 2024-cü ilin yayına qədər bu məktəbdə xarici mütəxəssislər tərəfindən NBA-nın müasir tələblərinə uyğun məşqlərdə iştirak edəcək və basketbol biliklərini daha da təkmilləşdirərək gələcəkdə NBA seçmələrinə haqq qazanmağa çalışacaq.

0