Basketbol Liqasında final turunun 3-cü oyunu keçiriləcək
22.05.2024 - 09:21
Basketbol Liqasında final turunun 3-cü oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçiriləcək.

Apasport.az xəbər verir ki, turun üçüncü qarşılaşmasında “Xəzri” və “Sabah” üz-üzə gələcəklər.

Qarşılaşma saat 19:30-da "Sərhədçi" İdman Mərkəzində start götürəcək. Komandalar arasındakı ilk raundda "Xəzri" (95:70), ikinci görüşdə isə "Sabah" (94:63) qələbə qazanıb.

Qeyd edək ki, qızıl medallara final seriyasında 3 qələbə qazanan kollektiv sahib çıxacaq.

0