Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri açıqlandı
06.05.2024 - 14:18
Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri açıqlandı

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin oyunlarının tarixləri dəqiqləşib.

Apasport.az xəbər verir ki, oyunlar mayın 7, 8, 10 və 11-də keçiriləcək.

Yarımfinallarda iki qələbə qazanan klublar finala yüksələcəklər. Komandalar hərəyə bir qələbə qazanacağı təqdirdə, mayın 13-də seriyanın üçüncü oyunları baş tutacaq.

Qeyd edək ki, qarşılaşmalar "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

Azərbaycan Basketbol Liqası

Yarımfinal mərhələsi

7 may

19:30. "Sabah" - "Xırdalan"

8 may

19:30. "NTD-İndiqo" - "Xəzri"

10 may

19:30. "Xırdalan" - "Sabah"

11 may

19.30. "Xəzri" - "NTD-İndiqo"

0