Basketbolçularımız mübarizəni dayandırıblar
20.07.2024 - 21:30
Basketbolçularımız mübarizəni dayandırıblar

Bu gün basketbolun 3x3 növü üzrə Qadın seriyasının Quba mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, 8 komanda iki qrupda mübarizə aparıb.

Azərbaycan təmsilçisi “Baku Fleyms” A qrupunda üç oyun keçirib. Havva Nastakalova, Sali Al-Xuri, Nailə Əlisultanova və Ləman İbrahimovadan ibarət komandamız Niderland, Çin U-24 və Avstraliya ilə görüşüb. Komandamız hər 3 oyunda qələbə əldə edə bilməyib və nəticədə mübarizəni dayandırıb.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.

Qadın seriyası, Quba mərhələsi
Qrup mərhələsi, A qrupu
20 iyul

16:30. Niderland - “Baku Flames” – 21:4
18:10. Çin U-24 - “Baku Flames” - 21:2
20:00. Avstraliya - “Baku Flames” - 21:3

0