Basketbolçularımız qələbəyə imza atıblar
21.07.2024 - 22:10
Basketbolçularımız qələbəyə imza atıblar

18 yaşadək basketbolçu oğlanlardan ibarət millimiz Türkiyənin İstanbul şəhərində Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışını yekunlaşdırıb.

Apasport.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Qətər U-18 millisi ilə son yoxlama oyununu keçirib. Görüş yığmamızın 59-55 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz ilk yoxlama matçında küveytli həmkarlarına məğlub olublar (46:58).

Qeyd edək ki, Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi U-18 millimiz, sabah Albaniyaya yola düşəcək.

1