“Boston”a məğlubiyyət ona bağışlanılmadı
17.05.2023 - 01:17
“Boston”a məğlubiyyət ona bağışlanılmadı

NBA təmsilçisi “Filadelfiya” baş məşqçi Dok Riverslə yollarını ayırıb.

Apasport.az saytı xəbər verir ki, “Boston”a (3:4) məğlubiyyət təcrübəli mütəxəssisə bağışlanılmayıb.

61 yaşlı məşqçi komandada üç mövsüm keçirib. Hər üç mövsündə komanda pley-offun ikinci mərhələsində mübarizəni dayandırıb. Riversin rəhbərliyi altında “Filadelfiya” 154 matçda qələbə qazanıb, 82 görüşdə isə uduzub.

Qeyd edək ki, boşalan baş məqçi vəzifəsinə Mayk Budenholzer və Monti Uilyamsın namizəd göstərilir.
 

0