Bronni Ceymsdən uğursuz başlanğıc
11.07.2024 - 09:59
Bronni Ceymsdən uğursuz başlanğıc

Bu gün “Los Anceles Leykers” NBA yaz liqasında üçüncü oyununa çıxıb.

Apasport.az xəbər verir ki, bu, Bronni Ceymsin komandada ikinci oyunu olub.

Görüş rəqib “Mayami Hit”in 80-76 hesablı qələbəsi ilə yekunlaşıb.

Lebron Ceymsin oğlu 29 dəqiqə ərzində 1 dəqiq zərbə ilə 3 xal, 5 ribaund, 3 asist, 3 blok, 2 top qazanma və 2 top itkisiylə oynayıb. 

“Los Anceles Leykers”in heyətində ən yaxşı performansı ilk turda seçilən Dalton Next göstərib. Nextin 18 zərbə cəhdinin 7-si uğurlu olub ki, bununla da komandasına 20 xal qazandırıb. 

Bronni Ceymsdə isə nəzərə çarpan əsas inkişaf müdafiə bacarıqları ilə bağlıdır.

Qeyd edək ki, “Leykers” bundan əvvəlki iki görüşünü də məğlubiyyətlə başa vurub.
 

0