Çempion məşqçi “Finiks”də
02.06.2023 - 22:48
Çempion məşqçi “Finiks”də

NBA-da Frenk Vogel “Finiks Sans”ın baş məşqçisi təyin olunub.

Apasport.az saytı xəbər verir ki, dəyəri 31 milyon dollar olan müqavilə 5 illik nəzərdə tutulub.

Pley-offun ikinci mərhələsində “Denver”ə uduzan “Finiks” baş məşqçi Monte Uilyamsı istefaya göndərmişdi. Bundan sonra bir neçə mütəxəssislə danışıqlar aparan komanda sonda 2020-ci ilin çempionu üzərində dayanıb.

Qeyd edək ki, Vogel 3 il əvvəl “Los Anceles Leykers”i NBA çempionu etmişdi.
 

0