“Denver”in qələbəsi qeydə edildi, 10 nəfər yaralandı
13.06.2023 - 20:53
“Denver”in qələbəsi qeydə edildi, 10 nəfər yaralandı

“Denver Naggets” tarixində ilk dəfə NBA çempionu olub.

Apasport.az saytı xəbər verir ki, Denverdə azarkeşlər qələbəni bayram edərkən silahlı atışma qeydə alınıb. 

Atışma zamanı ən azı 10 nəfərin yaralandığı bildilir. Üç nəfərin vəziyyəti isə ağırdır. Şübhəli şəxs polis tərəfindən saxlanılıb və onun da gülllə yarası aldığı qeyd edilir.

Qeyd edək ki, “Denver” final seriyasında “Mayami”yə 4:1 hesabı ilə qalib gəlib. Komandanın serbiyalı basketbolçu Nikola Yokiç isə MVP seçilib. 
 

0