Erhan Toker: “Qarşılıq verə bilmədik”
16.03.2025 - 01:33
"Abşeron" Azərbaycan Basketbol Liqasının XVIII turunu məğlubiyyətlə başa vurub.
Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Erhan Toker "Sabah"a məğlubiyyətə münasibət bildirib.
Türkiyəli mütəxəssis son çempionun sərt oyununa cavab verə bilmədiklərini etiraf edib:
"Sabah" klubunu təbrik edirəm. Ötən tur biz onları məğlub etmişdik. Buna görə bu dəfə bizə qarşı çox sərt və aqressiv oynadılar. Qarşılıq verə bilmədik. Ona görə də məğlub olduq".
Qeyd edək ki, “Abşeron” “Sabah”a 64:99 hesabı ilə uduzub.
- Millimiz Polşaya da qalib gəldi - YENİLƏNİB
- FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib
- Millimiz bu gün iki matç keçirəcək
- Azərbaycan millisi Kutaisidə keçirilən beynəlxalq turnirdə 4-cü olub
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
0
0