Evren Alkaya: “Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyəmiz olsun”
09.07.2024 - 19:00
Evren Alkaya: “Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyəmiz olsun”

“Rəqibə qarşı yaxşı hazırlaşmışdıq. Əsas silahlarını dayandırmağa çalışdıq”.

Apasport.az xəbər verir ki, bunu 16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya deyib.

Mütəxəssis Avropa çempionatının C divizionunda Ermənistan üzərində 86:59 hesablı qələbəni şərh edib. O bildirib ki, inam qələbənin yarısı olub: “Atışlarda çox uğurlu ola bilmədik. Amma çox aqressiv müdafiə olunduq. Onlara rahat düşünmək imkanı vermədik. Sürətli hücumlarla və dəqiq atışlarla nəticə qazana bildik. Ən yaxşı şəkildə turniri bitirib çempion olmağa çalışacağıq. Qələbə qazanacağımıza çox inanırdıq və bunun nəticəsində də zəfər əldə etdik. Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyəmiz olsun”.

0