Federasiya prezidenti klublarla görüşüb
05.06.2024 - 22:15
Federasiya prezidenti klublarla görüşüb

Bu gün Azərbaycan Basketbol Federasiyasının iclası keçirilib.

Apasport.az xəbər verir ki, toplantıda Azərbaycan Basketbol Liqasının 2024/25-ci illər mövsümü müzakirə olunub.

Görüşdə federasiya prezidenti Emin Əmrullayevlə yanaşı, rəyasət heyətinin üzvləri, digər federasiya rəsmiləri və klub nümayəndələri də iştirak ediblər. Gündəlikdə Azərbaycan Basketbol Liqasında (ABL) iştirak edəcək klubların sayı, legioner və yerli oyunçu limitləri, birinci liqa və klublara bağlı U-14 liqasının yaradılması, qadın basketbol klublarının əsaslı təşkili barədə, federasiya rəhbərliyi ilə klub rəsmiləri arasında fikir mübadiləsi aparılıb. İclasda bütün klub rəsmilərinin fikirləri dinlənilib. Sonda qurumun rəhbəri Emin Əmrullayev qarşıdakı günlərdə yekun qərarlar veriləcəyini qeyd edib.

Qeyd edək ki, ABL-də komanda sayının artırılması gözlənilir.

0