“Fənərbaxça” çempion oldu
13.06.2024 - 01:49
“Fənərbaxça” çempion oldu

Türkiyə Basketbol Superliqasında 2023/2024 mövsümünün qalibi bəlli olub.

Apasport.az xəbər verir ki, finalda “Fənərbaxça” “Anadolu Efes”lə qarşılaşıb.

“Sarı-lacivərdlilər” seriyanın 4-cü matçında əlavə vaxtda 80:72 hesabı qələbə qazanıblar. 3:1 hesabı üstünlük əldə edən “Fənərbaxça” tarixində 11-ci dəfə çempionu tituluna yiyələnib. Finalda uduzan “Anadolu Efes” 16 dəfə çempion olub.

Qeyd edək ki, “Fənərbaxça”nın basketbolçusu Naycel Hayes-Devis final seriyasının MVP-si seçilib.

0