Kobe Brayantın çempionluq üzüyü rekord qiymətə satılıb
02.04.2024 - 10:18
Kobe Brayantın çempionluq üzüyü rekord qiymətə satılıb

NBA və "Los Angeles Lakers"ın əfsanəsi Kobe Brayantın atasına hədiyyə etdiyi çempionluq üzüyü hərracda rekord qiymətə satılıb.

Apasport.az xəbər verir ki, Kobe Brayantın 2000-ci il üzüyü həm də karyerasının ilk çempionluğunu təmsil edirdi.

"Los Angeles Lakers" ilə 5 çempionluq qazanan Kobe Brayantın 2000-ci ildə qazandığı çempionluq üzüyü hərracda satılıb. Üzük 927 min dollara sahibini tapıb. Hərrac zamanı 43 dəfə təklif alan üzük NBA tarixində ən bahalı çempionluq üzüyü oldu. 

Xatırladaq ki, idman çempionluğu üzüyü üçün beysbolçu Babe Rutun 1927-ci ildə Dünya Seriyasında qazandığı üzüyü 2,09 milyon dollarlıq satışla rekorda sahibdir. 

Qeyd edək ki, helikopter qəzasında faciəvi şəkildə dünyasını dəyişən basketbol əfsanəsi 41 yaşında dünyasını dəyişib. 

0