Lebron Ceyms “All Star” tarixinə düşdü
26.01.2024 - 17:13
Lebron Ceyms “All Star” tarixinə düşdü

“Los Anceles Leykers”in məşhur basketbolçusu Lebron Ceyms NBA tarixinə düşüb.

Apasport.az NBA-nın rəsmi saytına istinadla xəbər verir ki, 39 yaşlı oyunçu 20-ci dəfə “All Star”ın (Ulduzlar komandası) heyətinə seçilib.

Bununla da o, əfsanəvi basketbolçu Kərim Əbdül Cabbarı (19) qabaqlayıb. Üçüncü sırada isə 18 iştirakla mərhum basketbolçu Kobe Brayant yer alır.

 

0