Lebron Ceymsin “Leykers”dəki taleyi bəlli oldu
                    
                    03.07.2024 - 17:17
                        
                    
                    NBA komandalarının yeni mövsüm hazırlıqlarının davam etdiyi dövrdə “Los Anceles Leykers”də çıxış edən Lebron Ceymsin taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, ulduz idmançı komandası ilə 2 illik yeni müqavilə imzalayacaq.
Lebron Ceymsin “Leykers”lə müqaviləsi bu yay başa çatıb. Bir neçə gün əvvəl Los Anceles təmsilçisi NBA draftının 2-ci turunda Lebronun oğlu Bruni Ceymsi seçib.
Qeyd edək ki, Lebron Ceyms 2018-ci ildən bəri “Los Anceles Leykers” formasını geyinir. Bu müddət ərzində o, bir dəfə NBA çempionluğu da yaşayıb.   
 
                                
                                0
                                
                                0