Lebron: ““Denver” qarşılaşdığım ən güclü komandadır”
23.05.2023 - 21:03
Lebron: ““Denver” qarşılaşdığım ən güclü komandadır”

NBA-nın konfrans finalında uduzan “Leykers”in ulduz basketbolçusu Lebron Ceyms seriya haqqında danışıb.

Apasport.az saytı xəbər verir ki, məşhur idmançı rəqib “Denver” haqqında yüksək fikirlər söyləyib.

“Oyundan sonra Devislə bu barədə danışdıq. “Leykers”də çıxış etdiyim 4 il ərzində “Denver” qarşılaşdığım ən güclü komandadır. Rəqib əla heyətə malikdir. Onların Nikola Yokç kimi güclü basketbolçusu var”, deyə Ceyms “Denver” haqqında danışıb.

Qeyd edək ki, “Leykers” seriyada rəqibinə 0:4 hesabı ilə uduzub.
 

0