Lillard “Miluoki”də
27.09.2023 - 23:57
Lillard “Miluoki”də

NBA ulduzu Demian Lillard karyerasını “Miluoki”də davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub.

Danışıqlarda Lillardın çıxış etdiyi “Portlend”lə yanaşı “Finiks” də iştirak edib. Üçtərəfli razılaşmaya görə, Cru Holidey, Deandre Ayton, Tumani Kamara “Portlend”ə keçiblər. “Finiks” isə Yusuf Nurkiç, Qreyson Allen, Nassir Littl və Keon Consonu heyətinə qatıb. 

Qeyd edək ki, Lillard 2012-ci ildən “Portlend”in heyətində çıxış edirdi. O, 2020-ci il ABŞ yığmasının heyətində Olimpiya çempionu olub.
 

0