Milli komanda reytinqdə mövqeyini dəyişməyib
01.07.2024 - 14:02
Milli komanda reytinqdə mövqeyini dəyişməyib

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.

Azərbaycan millisi reytinqdə 7-cidir. Yığmamızın hesabında 348,537 xal var.

Komanda ötən cədvəllə müqayisədə 5,304 xal itirsə də, mövqeyini qoruyub.

Cədvələ Kanada başçılıq edir – 621,218. Fransa (512,807), Çin (448,609), Niderland (445,705), Almaniya (419,835) və "Düsseldorf ZOOS" (371,189) millimizi qabaqlayır.

Qeyd edək ki, kişilərdən ibarət komandaların cədvəlinə Serbiya təmsilçisi "Ub" başçılıq edir – 2989,286.

0