Milli komandamız finala vəsiqə qazandı
13.07.2024 - 19:39
Milli komandamız finala vəsiqə qazandı

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Cəbəllütariqdə təşkil olunan yarışın yarımfinal matçına çıxıb.

Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri Albaniya ilə görüşib. A qrupunda keçirdiyi bütün qarşılaşmalarda qalib gələn millimiz növbəti uğura imza atıb. Çətinlik çəkmədən qalib gələn komandamız finala vəsiqə qazanıb.

Qeyd edək ki, yığmamız finalda Kipr - Malta görüşünün qalibi ilə qarşılaşacaq. Həlledici və 3-cü yer uğrunda oyunlar sabah keçiriləcək.

U-16-lar (qızlar) arasında Avropa çempionatı
C divizionu, yarımfinal
13 iyul
17:45. Azərbaycan – Albaniya - 92:62 (23:12, 33:10, 23:19, 13:21)

Cəbəllütariq. "Tersentenari" İdman Zalı

0