Millidən növbəti qələbə
11.07.2024 - 14:35
Millidən növbəti qələbə

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, yığmamız qrup mərhələsinin III turunda Kiprlə üz-üzə gəlib. Görüş milli komandanın 68:45 hesablı qələbəsi ilə yekunlaşıb. 

Daha əvvəl Ermənistan və Gürcüstanı böyük hesabla məğlub edən Azərbaycan qrupda birinci yeri tutaraq yarımfinal mərhələsinə yüksəlib.

Qeyd edək ki, Cəbəllütariqdə keçirilən turnirin yarımfinal matçları iyulun 13-də keçiriləcək.
 

0