Azərbaycanın qızlardan ibarət U-16 basketbol millisi avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Avropa çempionatının B divizionunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, komandamız B qrupunda yer alacaq.
Bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
U-16-nın iştirakı ilə baş tutacaq qarşılaşmaların təqvimi belədir:
20 avqust
14:00. Azərbaycan – İsveç
22 avqust
21:30. Azərbaycan – Niderland
24 avqust
19:00. Azərbaycan – Slovakiya
25 avqust
21:30. Azərbaycan – Lüksemburq
Qeyd edək ki, Azərbaycanın U-16 millisi Avropa çempionatının B divizionunda ilk dəfə iştirak edəcək.
- Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək
- Basketbolçularımız Serbiyada təlim-məşq toplanışı keçirir
- Vasiliadis: “Oyunçularımız sanki istirahətə gəlmişdilər”
- Murad Dikmen: “Komanda olaraq çox yaxşı çıxış etdik”
- "Neftçi" Latviya səfərindən məğlub qayıdır - YENİLƏNİB