Millimiz Avropa kubokunda çıxış edəcək
09.06.2024 - 22:42
Millimiz Avropa kubokunda çıxış edəcək

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunda çıxış edəcək.

Apasport.az xəbər verir ki, yığmamız Kosovonun paytaxtı Priştinada keçirilən təsnifat mərhələsində uğur qazanıb.

Yarımfinalında İrlandiyanı 21:12 hesabı ilə məğlub edən milli finalda Kiprlə qarşılaşıb. Komandamız həlledici görüşü də yüksək səviyyədə keçirərək, qələbəni bayram edib - 20:18.

Avropa kuboku
Təsnifat mərhələsi

Yarımfinal
9 iyun

21:15. Azərbaycan – İrlandiya - 21:12

Final
22:15. Kipr – Azərbaycan - 18:20

Qeyd edək ki, Avropa kubokunun final mərhələsi avqustun 22-25-də keçiriləcək. Turnirə Avstriya ev sahibliyi edəcək.

0