Millimiz erməniləri DARMADAĞIN EDİB
09.07.2024 - 17:31
Millimiz erməniləri DARMADAĞIN EDİB

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin ilk qrup oyunu baş tutub.

Apasport.az xəbər verir ki, qızlarımız Avropa çempionatına Ermənistan millisini darmadağın edərək başlayıb.

Oyuna sürətli başlayan basketbolçularımız rəqib Ermənistan yığmasını 86-59 hesablı ağır məğlubiyyətə uğradıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 6 ribaund) seçilib.

Qeyd edək ki, millimizin qrupdakı növbəti oyunu iyulun 10-da Bakı vaxtı ilə saat 12:30-da Gürcüstan yığmasına qarşı olacaq.
 

0