Millimiz Fransada növbəti oyununa çıxacaq
15.06.2024 - 10:52
Millimiz Fransada növbəti oyununa çıxacaq

Bu gün qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Fransanın Klermon-Ferran bölgəsində keçirilən Dünya Qadın Seriyasında 1/4 final mərhələsinin oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, yığma Fransa ilə üz-üzə gələcək.

Görüş Bakı vaxı vaxtı ilə saat 22:20-də start götürəcək.

Qeyd edək ki, Raşa Deliçin yetirmələri ilk matçda Filippin üzərində 22:17 hesablı qələbə qazanıb. Millimiz növbəti görüşdə Niderlanda 12:21 hesabı ilə məğlub olsa da, qrup ikincisi kimi adını növbəti mərhələyə yazdırıb.

0