Millimiz Gürcüstanı darmadağın etdi
10.07.2024 - 18:35
Millimiz Gürcüstanı darmadağın etdi

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda ikinci oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız bu dəfə Gürcüstanla qarşılaşıb.

İlk turda Ermənistanı darmadağın edən basketbolçularımız bu dəfə də eyni uğuru təkrarlayıb. Oyun 97:40 hesablı qələbəmizlə başa çatıb. Hazırda millimiz turnir cədvəlinin lideridir.

Qeyd edək ki, yığmamız sabah baş tutacaq son turda Kiprlə üz-üzə gələcək.

0