Millimizdən 6 oyuna 6 qələbə
23.03.2024 - 19:56
Millimizdən 6 oyuna 6 qələbə

Azərbaycanın 16 və 18 yaşadək basketbolçu qızlardan ibarət yığmaları İstanbulda təlim-məşq toplanışı keçirlər.

Apasport.az xəbər verir ki, hər iki komanda yoxlama matçlarında qüvvəsini sınayıb.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığmalar yerli komandalarla keçirdikləri oyunların hamısında rəqiblərinə qalib gəlməyi bacarıblar.

Azərbaycan U18 - "Daçka Şerifalı" U18 – 67:58
Azərbaycan U18 - "Sakarya Asaş" U18 – 71:68
Azərbaycan U18 - "İstanbul Yıldızları" U18 – 56:53

Azərbaycan U16 - "Daçka Şerifalı" U16 – 61:56
Azərbaycan U16 - "Sakarya Asaş" U16 – 83:53
Azərbaycan U16 - "İstanbul Yıldızları" U16 – 72:60

0