Millimizin Belçika və Polşa ilə oyunlar üçün heyəti açıqlanıb
03.02.2025 - 15:15
Millimizin Belçika və Polşa ilə oyunlar üçün heyəti açıqlanıb

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində qarşılaşacağı Belçika və Polşa oyunları üçün heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, iştirak ərizəsində 12 basketbolçunun adı yer alıb.

Aylin Niftəliyeva, Angelina İsmayılova, Aylin Əkbərzadə, Səlminaz Ramazanlı, Leyla Allahverdiyeva, Valeriya Kitayeva, Sitarə Abbasova, Elanur Gökçöl, Deniz Gökçöl, Şilan Akbingöl, Aleksandra Mollenhauer və Adilə Yusubova yığmamıza kömək etməyə çalışacaqlar.

Qeyd edək ki, yığma fevralın 6-da səfərdə Belçika, 3 gün sonra isə Bakıda Polşa ilə qarşılaşacaq.

Avropa çempionatının final mərhələsi iyunda reallaşacaq.

0