NBA: “Boston Celtics” çempionluğun bir addımlığında
13.06.2024 - 09:42
NBA: “Boston Celtics” çempionluğun bir addımlığında

Milli Basketbol Assosiasiyasında (NBA) final mərhələsinin növbəti oyunu keçirilib.

Apasport.az xəbər verir ki, “Boston Celtics” üçüncü dueldə “Dallas Maveriks”lə qarşılaşıb. Görüş Boston təmsilçisinin 106:99 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Boston Celtics” seriyada 3-cü qələbəsini qazanıb - 3:0. 

Qeyd edək ki, "Boston Celtics" iyunun 15-də reallaşacaq dördüncü oyununda da qalib gələrsə, tarixində XVIII dəfə NBA çempionu olacaq.

0