NBA-da simulyasiya edənlər cəzalanacaq
25.05.2023 - 22:27
NBA-da simulyasiya edənlər cəzalanacaq

Milli Basketbol Liqası (NBA) simulyasiya edən basketbolçulara cəzalar tətbiq etmək niyyətindədir.

Apasport.az-ın məlumatına görə, texniki fol və bir sərbəst atış təyin oluna bilər.

NBA yeni qaydanı iyulda start götürəcək Yay Liqasında tətbiq etməyi planlaşdırır. Nəticə uğurlu olarsa, yeni mövsümdən basketbolçular hakimləri aldada bilməyəcəklər.

Qeyd edək ki, NBA matçlarında bəzi basketbolçular simulyasiyadan istifadə edər, hakimlərə təsir göstərməyə çalışırlar.
 

0