“Olimpiakos” və “Real” Avroliqanın finalında
19.05.2023 - 23:55
“Olimpiakos” və “Real” Avroliqanın finalında

Avroliqanın “Dördlər finalı”nda həlledici matçda qarşılaşacaq komandalar müəyyənləşib.

Apasport.az saytı xəbər verir ki, finalda “Olimpiakos” və “Real” üz-üzə gələcək.

Ilk yarımfinalda yunan klubu “Monako”nu mübarizədən kənarlaşdırıb. Xüsusilə, 3-cü periodu 27:2 hesabı ilə üstün başa vuran “Olimpiakos” həm də turnirin rekorduna imza atıb.

Digər yarımfinalda isə “El Klassiko” baş tutub. “Barselona” favorit göstərilsə də, Madrid klubu əzmkar qələbə qazanıb.

Qeyd edək ki, həlledici oyunlar Kaunas şəhərində keçirilir.

Dördlər finalı

Yarımfinal

"Olimpiakos" - "Monako" - 76:62

"Barselona" - "Real" - 66:78

 

 

0