"Ordu"nun baş məşqçisi Alberto Blanko klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, mütəxəssis "Lənkəran"a qarşı keçirilən Azərbaycan Basketbol Liqasının IX turunun oyununu (99:51) şərh edib:
“İlk olaraq bugünkü təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı vermək istəyirəm. Çox böyük faciədir. Ölənlərə ulu tanrıdan rəhmət, yaralılara şəfa diləyirəm. Bir də belə faciəli hadisələr yaşanmasın. Oyuna gəlincə, bu gün yaxşı iş gördük, qalib gəldik. Oyunçularım həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladılar. Hərçənd ki, görüşə yaxşı başlamamışdıq. Müdafiədə yaxşı çıxış edə bilmədik. Ancaq ikinci hissədən başlayaraq daha yaxşı oynadıq. Oyunçularım həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladılar. Hesabda fərq yaratdılar. Komandamın üzvlərini yaxşı oyun və qələbə münasibəti ilə təbrik edirəm”.