Paris-2024: Basketbolçularımız Almaniyaya məğlub oldu
01.08.2024 - 21:22
Paris-2024: Basketbolçularımız Almaniyaya məğlub oldu

Paris-2024 Yay Olimpiya Oyunlarında qadın basketbolçuların 3x3 növündə mübarizəsi davam edir.

Apasport.az xəbər verir ki, günün ikinci yarısında IV turun görüşləri keçirilib.

Azərbaycan millisi Almaniya ilə qarşılaşıb.

Oyun rəqib komandanın 12:8 hesablı qələbəsi ilə yekunlaşıb.

0