Popoviç ən yüksək maaş alan məşqçi olacaq
15.06.2023 - 21:42
Popoviç ən yüksək maaş alan məşqçi olacaq

NBA təmsilçisi “San-Antonio” baş məşqçi Qreqq Popoviçə yeni müqavilə təklif etməyə hazırlaşır.

Apasport.az-ın məlumatına görə, klub rəhbərliyi təcrübəli mütəxəssislə ən azı bir illik əməkdaşlıqda maraqlıdır.

1996-cı ildən komandaya rəhbərlik edən Popoviç 5 dəfə NBA çempionu olub. 2023 oyunçu seçimlərində “Spörs” ən istedadlı basketbolçu Viktor Vembanyamanı heyəti qatmağa çox yaxındır. Əgər bu transfer reallaşarsa, təcrübəli məşqçinin “San Antonio” karyerası daha bir neçə il davam edə bilər.

Qeyd edək ki, yeni müqaviləyə, əsasən, 74 yaşlı mütəxəssisə 14 milyon dollar maaş ödənəcək. Bununla da, o, NBA-nın ən yüksək məvacib olan məşqçisi olacaq.
 

0