"Sabah" çempionatın vahid lideri oldusa, "Sumqayıt"ın pley-off şansları bitdi
13.04.2024 - 01:24
"Sabah" çempionatın vahid lideri oldusa, "Sumqayıt"ın pley-off şansları bitdi

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 17-ci turunun üçüncü oyunu baş tutub.

Apasport.az xəbər verir ki, pley-off uğrunda mübarizə aparan "Sumqayıt", çempionatın liderlərindən sayılan "Sabah" klubu ilə qarşılaşıb. Oyun "Sabah" ın 93-73 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra "Sabah" turnir cədvəlində vahid lider olub.

Məğlub olmuş "Sumqayıt" pley-off şanslarını itirib və "Sərhədçi" klublunun pley-off 'a vəsiqə qazanması rəsmiləşib.

Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Lenard Dikson - 28 xal, 7 ribaund), "Sabah" (Dezmond Kembric - 23 xal, 8 ribaund).

0