"Sabah" final seriyasında önə keçib 
22.05.2024 - 22:00
"Sabah" final seriyasında önə keçib 

22 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL)  final seriyasının üçüncü oyunu baş tutub.

Apasport.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının üçüncü oyunu bərabər mübarizə şəraitində başlayıb. Daha sonra  üstünlüyü ələ keçirən "Sabah", yekunda 75-59 hesablı önəmli qələbə qazanıb. Bu qələbə ilə "Sabah" final seriyasının ümumi hesabında 2-1 önə keçib.

Ən məhsuldar basketbolçular: "Sabah" (Mayk Holton - 21 xal, 4 asist), "Xəzri" (Cordan Perkins - 16 xal, 7 ribaund) 

Qeyd edək ki, final seriyasının dördüncü oyunu 24 may tarixində keçiriləcək.

0