"Sabah" Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, komanda buna 1/4 final mərhələsinin ikinci oyununda "Naxçıvan"ı məğlub etməklə nail olub.
Bakı İdman Sarayında reallaşan qarşılaşma 97:86 hesabı ilə yekunlaşıb.
İlk görüşdə "Sabah" 106:74 hesabı ilə üstün olub.
Günün ilk matçında "Abşeron Lions" "Şəki"ni məğlub edərək (105:94, ilk oyun - 109:78) növbəti raunda yüksəlib.
Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.
Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.
- Lazar Spasiç: "Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir"
- "Sabah" Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb - RƏSMİ
- “Sabah” baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ
- "Neftçi" ikinci matçda da məğlub oldu: Dünya Seriyası
- “Neftçi” İzmir klubu ilə əməkdaşlıq imkanlarını müzakirə edib