“Sabah”dan növbəti transfer
04.10.2024 - 22:22
“Sabah”dan növbəti transfer

"Sabah" basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bayquşlar" Ramiz Quliyevi rənglərinə bağlayıb. Son klubu “Sərhədçi” olan 22 yaşlı basketbolçu mövsümün sonuna kimi komandanın heyətində çıxış edəcək.

0