"Sabah"ın baş məşqçisi milliyə təyinat alıb
03.10.2024 - 10:53
"Sabah"ın baş məşqçisi milliyə təyinat alıb

"Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis Litva millisinə rəhbərlik edəcək.

Apasport.az xəbər verir ki, litvalı mütəxəssisin təyinatı artıq rəsmiləşib.

Rimasın millidəki təyinatına baxmayaraq, o, "Sabah"dakı işinə də davam edəcək.

Mütəxəssis Litvanı 2024-cü ildə Şimali Makedoniyaya qarşı AVRO-2025-in seçmə mərhələsinin iki oyununda meydana çıxaracaq.

0