“Şəki” “Gəncə”yə qarşı
14.04.2024 - 12:43
“Şəki” “Gəncə”yə qarşı

Bu gün Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, günün yeganə görüşü Şəkidə baş tutacaq.

Şəhərin eyniadlı komandası “Gəncə”ni qəbul edəcək. Autsayderlərin duelində qonaqlar şanslı görünür. Şəkililər isə ilk qələbə arzusundadır.

Qeyd edək ki, turun ilk matçlarında "Sərhədçi" "Xəzri"ni 90:70, "Xırdalan" "Neftçi"ni 114:109, “Sabah” “Sumqayıt”ı 93:73, NTD-İNDİQO “Cəlilabad” 108:87 hesabı ilə məğlub edib.

14 aprel
XVII tur
14:00. “Şəki” – “Gəncə”

Şəki Olimpiya İdman Kompleksi

0