"Şəki" "Sərhədçi"nin oyunçusu ilə güclənib
19.09.2024 - 13:56
"Şəki" "Sərhədçi"nin oyunçusu ilə güclənib

"Şəki" basketbol klubu heyətini Ceyhun Həsənli ilə gücləndirib.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəki basketbol məktəbinin yetirməsi olan 22 yaşlı oyunçu 2022/2023 mövsümündə "Sərhədçi"də çıxış edib.

Azərbaycanın U-16 və U-18 yığmalarında oynamış, əsas millinin heyətində toplanışlarda iştirak etmiş basketbolçu doğma klubunda 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Şəki" klubu daha əvvəl Ərcan Donat, Kris Barton, Karl Cons, Aleks Koldvell və Əbdülmətin Quliyevi transfer edib.

0