Stiv Kerr tələsmir
18.05.2023 - 20:11
Stiv Kerr tələsmir

Stiv Kerr NBA təmsilçisi "Qolden Steyt"lə yeni müqavilənin detallarını müzakirə etmək fikrində deyil.

Apasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis bunun üçün vaxt olduğunu qeyd edib.

"Yayda klubun qarşısında həll olunası çoxlu məsələlər var. Mənim müqaviləm bu siyahıda üst sıralarda olmalı deyil", deyə Kerr məsələyə münasibət bildirib.

Qeyd edək, klubla baş məşqçi arasındakı müqavilə 2024-cü ilin yayında bitəcək. 

0