"Sumqayıt" 3 oyunçu ilə müqavilə imzaladı
16.09.2024 - 17:04
"Sumqayıt" 3 oyunçu ilə müqavilə imzaladı

"Sumqayıt" basketbol klubu 3 oyunçu ilə müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsüm komandada çıxış edən İsmayıl Əliyevlə yenidən anlaşıb.

Bununla yanaşı, klub ötən mövsüm "Neftçi"nin formasını geyinən Zaur Quşanov və Türkiyənin "Ormanspor" klubunda oynamış Saadettin Donatla 1 illik müqavilə bağlayıb.

0