"Sumqayıt" "Lənkəran"ı məğlub etdi
04.03.2025 - 18:04
"Sumqayıt" "Lənkəran"ı məğlub etdi

Azərbaycan Basketbol Liqasında XVI tur davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçı B qrupunda baş tutub.

Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların duelində “Lənkəran” “Sumqayıt”ı qəbul edib. Ev sahibləri bu görüşdən məğlubiyyətlə ayrılıblar.

Qeyd edək ki, tura B qrupunun sabah keçiriləcək 2 oyunu ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XVI tur
4 mart
B qrupu
14:00. "Lənkəran" – "Sumqayıt" - 83:88 (21:18, 20:29, 17:16, 25:25)