"Rəqibin kobud müdafiəsi ilə üzləşdik. "Şəki" bizə qarşı çox sərt oynadı".
Apasport.az xəbər verir ki, bunu "Sumqayıt"ın basketbol komandasının baş məşqçisi Vadim Kuramşın deyib.
O, Azərbaycan Basketbol Liqasının XVIII turunda "Şəki"yə 96:106 hesablı məğlubiyyəti şərh edib:
"Hakimlər də hər kobud oyunu görmədi. Startda belə olacağını gözləmirdik. Oyunun 3-cü periodunda hesab arasında fərqi ikiyə endirsək də, sonda yenə də səhvlər öz sözünü dedi. Oyunçularımın fərdi oyuna üstünlük verməsi də nəticəyə təsir göstərdi. Növbəti oyunda "Quba"nı məğlub etsək, 4-cü yeri təmin edəcəyik. Mübarizə aparacağıq. İstənilən halda sıx və uyğunsuz qrafiklə üzləşmişik".
Qeyd edək ki, "Sumqayıt" mövsümdə 11-ci dəfə uduzub.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri