"Bu oyundan gözləntilər tamamilə fərqli idi. Bu mövsümdəki ən pis oyunumuz idi".
Apasport.az xəbər verir ki, bunu NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.
O, Azərbaycan kubokunun 1/4 finalında “Şəki” üzərində qazanılan 71:66 hesablı qələbəni şərh edib:
"Mən "Şəki"dən daha yaxşı oyun gözləyirdim. Amma matçda enerji yox idi. Heç bir komanda öz oyununu göstərə bilmədi. Biz bir az daha yaxşı çıxış etdik. Hesab etmirəm ki, bu limitlə bağlıdır. Bundan əvvəlki mərhələdə "Lənkəran"a qarşı yaxşı oynamışdıq. Bu gün həm də üçxallıq atışlarımız alınmırdı. Digər tərəfdən son dövrdə çox sıx qrafikdə oynayırıq. Ardıcıl görüşlər keçirmək məcburiyyətindəyik. Amma şərtlər bütün komandalar üçün eynidir. İndi "Neftçi" ilə çempionat oyununa hazırlaşacağıq".
- Millimiz Polşaya da qalib gəldi - YENİLƏNİB
- FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib
- Millimiz bu gün iki matç keçirəcək
- Azərbaycan millisi Kutaisidə keçirilən beynəlxalq turnirdə 4-cü olub
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb